Azərbaycandan Türkiyəyə daha bir dəstək

Azərbaycan hökuməti Türkiyənin Qəhrəmanmaraş şəhərində zəlzələ nəticəsində evləri dağılmış insanlar üçün min ev inşa edəcək.

ONN media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Qəhrəmanmaraşda Südçü İmam Universitetinin Avşar yataqxanasında zəlzələdən zərərçəkən sakinlərlə görüşündə deyib.

O bildirib ki, evlərin inşası üçün artıq ərazilərin müəyyən edilməsi işlərinə başlanılıb.