ONN İnformasiya Agentliyi

“Azəriqaz”ın kartlarına niyə pul yükləmək olmur?

“Azəriqaz”ın kartlarına niyə pul yükləmək olmur?
16 Yanvar 2022 - 20:48

“Zenner” smart tipli sayğacların kartına pulun yüklənməsi ancaq “e-manat” tipli terminallarda mümkündür. Terminallarda proqram dəyişikliyi olub.

ONN media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.

Qeyd olunub ki, proqram təminatı yenilənmiş terminallarda ödənişləri həyata keçirmək mümkün olmurdu. Bu barədə rəsmi şəkildə “e-manat” şirkətinə də müraciət olunub.

“E-manat”dan bizə bildirildi ki, terminallarda bu problemin həlli üçün iş aparılır. Hazırda isə metrolarda yerləşən terminallarda “Zenner” smart-kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkündür. Problem müvəqqətidir, tezliklə həll olunacaq”.

Qeyd edək ki, vətəndaşlar sosial şəbəkələrdə bir sıra ödəniş sistemlərində “Azərsu” və “Azəriqaz”ın smart kartlarının balansını artırmağın mümkün olmadığını bildirirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png