ONN İnformasiya Agentliyi

Azərbaycan gömrükçüləri İrandan Avropaya narkotik aparılmasının qarşısını alıb

Azərbaycan gömrükçüləri İrandan Avropaya  narkotik aparılmasının qarşısını alıb
22 Aprel 2023 - 14:25

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

ONN media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkar edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png