ONN İnformasiya Agentliyi

Azərbaycan mətbəxində miqrenoz yeməyi aşkarlanıb

Azərbaycan mətbəxində miqrenoz yeməyi aşkarlanıb
11 Fevral 2018 - 21:58

Son zamanlar insanlar arasında yayılmış  miqren – güclü baş sıxılması və ağrıları artıq yeniyetmə və uşaqları da əhatə edir.

Miqrenin yaranma səbəbləri müxtəlifdir. Son zamanlar bu siyahıya qida allergiyaları da əlavə olunub. Deməli, miqren həm də allergiya mənşəli ola bilər. Elə ərzaqlar var ki, onları yeyən kimi miqren tutmaları başlayır. Aparılan tədqiqatda uzun illər kəskin miqrendən əziyyət çəkən pasiyentlərin gündəlik qidasından miqren yaradan qidalar çıxarılıb. Artıq 15 gün sonra 80% pasiyentlərdə miqren yoxa çıxıb. 

Bu tədqiqatla ən "miqrenoz ərzaqların” siyahısı yaradılıb:

-Buğda, ağ un tərkibli yeməklər – 78% pasiyentlərdə miqren yaradırdı

-Portağal – 65% şəxslərdə miqreni qıcıqlandırıb

-Yumurta – 45 % pasiyentlərdə miqren çağırıb

-Tünd çay, qəhvə, şokolad – 40% -də miqren yaradıb

-Sonbrakı yerlərdə yağlı mal əti, göbələk və qorox var.

Bu məsələdə əsas problem ərzağın özü yox, onlara qatılan əlavə maddələrdir ki, qida sənayesində dad, qoxu, rəng vermək üçün istifadə olunur. Ona görə konservantlı ərzaqlardan uzaq durmaq lazımdır.

ONN media Medicina.az-a istinadən xəbər verir ki, Azərbaycan mətbəxində miqrenoz yeməyi aşkarlanıb: bu hamının sevimlisi Dovğadır. 

Artıq 5 nəfər arasındakı sorğu və 3 miqrenli insanın dovğa yedikdən sonra miqrendən əziyyət çəkdiyini dəqiqləşdirərək, biz Dovganın miqren çağıran qida olduğunu təxmin edə bilərik. Hətta pasiyentlərdən biri artıq dovğanın miqren yaradacağını bilib, onu yemir.

Azərbaycanda dovğanın çox sevildiyini və tez-tez yeyildiyini nəzərə alıb, miqreni olan insanları bu məsələyə diqqətlə yanaşıb, dovğa qəbulundan sonra miqren tutmalarının olub-olmamasını dəqiqləşdirməyə çağırırıq. 

Ola bilər ki, aranızda dovğa yedikdən sonra miqrendən əziyyət çəkənlər var. Böyük ehtimal ki, burda da əsas problem qatığa vurulan maddələr, dovğaya vurulan yumurta və undadır ki, məhz miqrenoz siyahıda olan bu ərzaqlar dovğada birləşdiyindən güclü təsir 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png