ONN İnformasiya Agentliyi

Azərbaycan-Rusiya sazişi TƏSDİQLƏNDİ

Azərbaycan-Rusiya sazişi TƏSDİQLƏNDİ
15 Dekabr 2017 - 12:57

Milli Məclisin növbəti plenar iclası keçirilir.

ONN media xəbər verir ki, toplantıda “2013-cü il 13 avqust tarixində imzalanmış” Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanununun layihəsi müzakirə edilib.

Bu haqda məlumat verən komitə sədri Ziyad Səmədzadə deyib ki, layihədə tikinti işlərinin maliyyə tərəfini Azərbaycan hökuməti həyata keçririr:

“Ancaq sonradan bu maliyyənin 50 faizini Rusiya Azərbaycana qaytaracaq. Bundan başqa tikintini Azərbaycan həyata keçirsə də, ona nəzarəti Rusiya tərəfi həyata keçirəcək”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png