ONN İnformasiya Agentliyi

Azərbaycanda bu qadağan edildi

Azərbaycanda bu qadağan edildi
06 Dekabr 2022 - 9:59

Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir.

ONN media-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 1.1.7-ci maddəsinin (siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı) tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png