ONN İnformasiya Agentliyi

Azərbaycanda bu şəxslər 100 manat cərimə olunacaqlar

Azərbaycanda bu şəxslər 100 manat cərimə olunacaqlar
18 İyul 2023 - 17:49

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri yüz manat məbləğində cərimə ediləcək.

ONN media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” ASC-dən verilən məlumata əsasən, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.

Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilmiş və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png