ONN İnformasiya Agentliyi

Azərbaycanda İNANILMAZ YENİLİK: 22 noyabrdan başlayır

Azərbaycanda İNANILMAZ YENİLİK: 22 noyabrdan başlayır
20 Noyabr 2019 - 13:02

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır.

ONN media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: “Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitələri sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə biləcəksiniz. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə gedəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png