ONN İnformasiya Agentliyi

Azərbaycanda koronaya qalib gələn həkim öldü

Azərbaycanda koronaya qalib gələn həkim öldü
04 İyul 2020 - 16:34

Mingəçevirdə koronavirusa yoluxan həkim vəfat edib.

ONN media Publika.az-a istinadla xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimlərindən olan travmatoloq-ortoped Əlipənah Hüseyn oğlu Qarayev 3 iyul tarixində axşam saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət öncə COVİD-19 virusuna yoluxaraq xüsusi karantin xəstəxanalarının birində müalicə alıb. Son yoxlanışdan sonra koronavirus testi neqativ çıxdığı üçün nəzarət altında evdə qalıb.

Bir neçə il əvvəl kəskin ürək infarktı olmuş və açıq ürək əməliyyatı keçirmiş Əlipənah həkimin koronavirusa qalib gəlməsinə baxmayaraq, dünən qəfil ürək tutmasından öldüyü bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png