ONN İnformasiya Agentliyi

Azərbaycanda qəbirdən cadu çıxdı (VİDEO)

Azərbaycanda qəbirdən cadu çıxdı (VİDEO)
10 Fevral 2018 - 23:27

Baba və nənəsinin məzarlarını ziyarət edən nəvənin rastlaşdığı mənzərə onu heyrətləndirib.

ONN media Xəzər TV"yə istinadən xəbər verir ki, paytaxt sakini Fazil Əliyev qəbrin ayaq hissəsindəki torpağın yumşaq olmasından şübhələnib. Torpağı qazdıqda isə oradan müxtəlif əşyalar çıxıb.

Maraqlıdır ki, qəbrin yanında basdırılan bu əşyaların hamısı təzə olub. Naməlum şəxs hər iki qəbrin ayaq tərəfində ayrı-ayrılıqda eyni əşyaları basdırıb.

Fazil Əliyev bu addımın cadu məqsədilə atıldığını iddia edir.

Fazil Əliyev deyir ki, belə bir niyyətə baba və nənəsinin qəbrinin alət edilməsi onu narahat edir.

Bülbülə və Bakıxanov qəsəbələrinə məxsus böyük qəbiristanlıqda çəkiliş apardığımız müddətdə bir nəfər də olsun mühafizəçiyə rast gəlmədik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png