ONN İnformasiya Agentliyi

Azərbaycanda qorxulu olay: ayağı çöldə maşın idarə edir – VİDEO

Azərbaycanda qorxulu olay: ayağı çöldə maşın idarə edir – VİDEO
12 İyul 2019 - 22:34

Bir əlində siqaret, o biri əlində sükan, ayaqlarından biri isə pəncərədən çöldə…

ONN media xəbər verir ki, sürücülərdən biri magistral yolda belə bir vəziyyətdə mikroavtobus idarə edib.

Görüntünü rayonlararası yollardan birində, mikroavtobusun yanından keçən avtomobildəki sərnişin qeydə alıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüdə sürücü həm özünün, həm də digər nəqliyyat vasitələrinin sürücülərinin həyatını təhlükəyə atır.

Görüntüdə 99-RB-822 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü ayağını pəncərədən çıxararaq nəqliyyat vasitəsini sürür. Bu azmış kimi sükan arxasında siqaret çəkən sürücü kameraya əl etməkdən belə çəkinmir.

Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu vəziyyətdə həmin sürücü sükanın idarə edilməsi qaydasını pozaraq qəza şəraiti yaradır.

İnzibati Xətalar Məcəlləsinə görə bu sürücü yol polisi tərəfinən saxlanılaraq cərimə oluna bilər.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin sürücü ilə bağlı araşdırma aparılır və nəticəyə uyğun olaraq onun barəsində tədbir görüləcək.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png