ONN İnformasiya Agentliyi

Azərbaycanda yeni nazir müavini təyin edildi FOTO

Azərbaycanda yeni nazir müavini təyin edildi FOTO
25 Dekabr 2017 - 11:56

Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

ONN media "Report”a istinadən xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png