ONN İnformasiya Agentliyi

Azərbaycanın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır

Azərbaycanın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır
31 May 2020 - 12:29

Azərbaycanın və Qafqazın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır.

ONN media  xəbər verir ki, “Dəniz Mall” sabahdan fəaliyyətə başlayır. Bu barədə ticarət mərkəzinin səhifəsində deyilir.

Qeyd olunur ki, ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

“Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, “Dəniz Mall” 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifafə etməyinizi xahiş edirik. Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən bir müddət daha fəaliyyət göstərməyəcək”.

“Dəniz Mall” Dənizkənarı Bulvarın ərazisində yerləşir.

Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png