ONN İnformasiya Agentliyi

Azərbaycanın müdafiə nazirinin müavinləri Türkiyəyə gediblər

Azərbaycanın müdafiə nazirinin müavinləri Türkiyəyə gediblər
27 Aprel 2023 - 15:19

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər.

ONN media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, R.Tahirov, A.Qurbanov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları “TEKNOFEST-2023” çərçivəsində İstanbul şəhərində səfərdə olduqları zaman “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət ediblər.Ziyarət zamanı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyəti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb.

Görüş zamanı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçıların hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanaraq, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png