ONN İnformasiya Agentliyi

Azərbaycanlı jurnalistlər Qarabağda olublar

Azərbaycanlı jurnalistlər Qarabağda olublar
23 Noyabr 2019 - 21:17

ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.

Bu barədə ONN media-ya XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O, qeyd edib ki, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. “Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər”, – deyə L.Abdullayeva qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png