ONN İnformasiya Agentliyi

Azərbaycanlı qız erməni ilə duet oxudu – VİDEO

Azərbaycanlı qız erməni ilə duet oxudu – VİDEO
17 Dekabr 2017 - 9:32

Sosial şəbəkələrdə erməni və azərbaycanlı qızların “Mi gna” (“Getmə”) adlı erməni mahnısını birlikdə oxuduqları video yayımlanıb.

ONNmedia Virtualaz.org-a istinadən xəbər verir ki, mahnını Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birlikdə oxuyur. Videonu İnstaqramda erməni qruplarından biri paylaşıb.

Videoya şərhlərdə erməni istifadəçilər yazırlar: “Afərin!”, “Əhsən! Qoy yeni nəsil düşmənlik və qisas hisslərindən uzaq böyüsün”, “Pis millətlər yoxdur, pis adamlar var!”, “İranda ermənilərlə azərbaycanlılar yaxşı dostluq edir”, “Rusiyada bu mümkündür” və s.

Xudoyan auditoriyaya xoş sözlərə görə minnətdarlığını bildirib.

Lakin digər qəbildən şərhlər də olub. Məsələn, erməni istifadəçilərdən biri yazır: “Maraqlıdır ki, yalnız ermənilər dostluqdan danışır! Azərbaycanlılardan soruşmusunuz – bəlkə onlar sizinlə dostluq etmək istəmir?!”

http://bax.tv/az-video/8090.html

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png