“Azadlıq” radiosunun bağlanması məsələsi müzakirə olundu

""Azadlıq" radiosunun bağlanması məsələsini Azərbaycan rəsmiləri ilə görüşlərdə müzakirə etdik. Bu barədə ABŞ-a qayıdarkən məruzə edəcəyəm".

ONN media APA-ya istinadən verdiyi məlumata görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.

B. Brink "Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsiri barədə suala cavab vermək istəməyib.

"Mən Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsirini deyə biləcək şəxs deyiləm. Lakin mediada fərqli mövqelərin mövcudluğu etibarlı xəbərin əldə edilməsinə şərait yaradır. Bu, ümumi işin vacib hissəsidir", – deyə xanım Brink qeyd edib.