ONN İnformasiya Agentliyi

Azay Quliyev QHT-lərlə bağlı məmurlara və sahibkarlara müraciət etdi

Azay Quliyev QHT-lərlə bağlı məmurlara və sahibkarlara müraciət etdi
26 Yanvar 2018 - 12:37

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev QHT-lərin fəaliyyətinə dəstək verilməsi üçün dövlət və özəl sektor nümayəndələrinə açıq müraciət edib.

ONN media-nın məlumatına görə, A.Quliyev jurnalistlərə açıqlamasında Azərbaycan üçün əhəmiyyətli olan bir çox layihələrin maliyyələşdirilməsində həm özəl, həm də dövlər nümayəndələrinin şərait yaratmasının vacibliyini bildirib. 

A.Quliyev deyib ki, alternativ maliyyə mənbələri olmadan QHT-lərin fəaliyyəti kifayət qədər çətindir: 

"İstərdim ki, həm hökumət, həm də özəl sektor QHT-lərin nəcib fəaliyyətinə dəstək versinlər və bir çox layihələrin maliyyələşdirilməsi mümkün olsun".
A.Quliyev Şuranın yeni maliyyə mənbələrinin tapılması istiqamətində axtarışlarının davam etdiyini söyləyib:

"Belə təşəbbüs var ki. özəl sektoru bu və ya digər şəkildə QHT-lərin layihələrinin maliyyələşdirilməsinə cəlb edək. Biz Şuranın tərkibində bu məqsədlə ayrıca bir fond, hesab yaradacağıq. Həmin hesaba maraqlı ideyaların maliyyələşdirilməsi üçün ayrı-sayrı donor təşkilatlarının, yəni kommersiya qurumlarının cəlb edilməsi məsələsinə baxaq. Çox istərdim ki, mətbuat da bizə dəstək versin, kommersiya qurumlarını bu təşəbbüsə cəlb edək".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png