“Azercell”: Şübhəli zəng və mesajları cavablandırmayın!

Azercell Telekom MMC bütün abunəçilərini mobil operatorun adından paylaşılan əsası olmayan təkliflərə, müxtəlif sosial media kanalları, Vatsap tətbiqi, “iMessage”, SMS və s. üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır.

ONN media xəbər verir ki, bu barədə “Azercell”in yaydığı açıqlamada qeyd olunub.

“Bildiririk ki, müvafiq məzmunun “Azercell”ə heç bir aidiyyəti yoxdur və reallığı əks etdirmir.Eyni zamanda, yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün Azercell Telekom MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma, iş və s. təkliflərdən yararlanmamağı tövsiyə edir”, – məlumatda qeyd olunub.