Bələdiyyələrin fəaliyyəti barədə hesabat Milli Məclisə daxil olub

Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik fəaliyyəti ilə bağlı hesabat Milli Məclisə daxil olub.

ONN medianın məlumatına görə, hesabat sabah parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Sənəd digər komitələrin iclaslarında da tövsiyə olunacağı təqdirdə, MM-in fevralın 13-də nəzərdə tutulan plenar iclasında müzakirə ediləcək.