ONN İnformasiya Agentliyi

Bəzi sözlərə düzəliş və açıqlamalar

Bəzi sözlərə düzəliş və açıqlamalar
30 Noyabr 2017 - 0:27

Çox vaxt insanlar bir-biri ilə söhbət edərkən fikirlərini sübut etmək üçün and içirlər: “Allah haqqı, Quran haqqı!”

Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun sədri Əlikram Müzəffər bu məsələ ilə bağlı maraqlı açıqlama verdi:

– “Çox adam həqiqətən “Allah haqqı, Quran haqqı” deyib yalandan and çir, heç Qurana inanmır, amma and içir. O vaxtlar bir mömin kişini günahsız yerə suçlayırlar və deyirlər ki, Qurana and iç inanaq. Mömin insan bu işi törətməsə də, Qurana and içmir.

Allah haqqı deyincə elə “Allah şahiddir və ya Quran şahiddir ki, bu işdən mənim xəbərim yoxdur” deyilsə daha düzgün olar”.

Hacı İlham isə söhbətimizə qoşularaq dedi: Allaha doğrudan and içmək məhkuratdandır, yalandan and içmək günahdır. Allaha o vaxt and içmək olar ki, bir nəfərin ölüm işində sən görsən ki, onu başqası öldürüb belə and içsən daha düzgün olar: And olsun Allahın birliyinə, yəni şəhadət formasında and içəsən ki, bu adam həqiqətən onu öldürməyib.

Din alimi Məhəmməd Mürsəloğlunun fikirləri isə daha mükəmməldir:

– Əvvala, bəndə kimdir ki, Allaha şərik qoşa, Allaha şahid qoşa. Yaxşı olar and içəndə deyəsən ki, dədəmin canı üçün, babamın ruhu üçün və s. biz Allahın quluyuq.

Əlikram Müzəffər:

– İnsanlar deyirlər ki, İslam bütün dünyada qalib gələcək, mən buna bir az düzəliş vermək istəyirəm. Rusiyanın keşişi də deyir ki, yaxın gələcəkdə İslam dini hər tərəfə yayılacaq – deyə qısqanclıqla yanaşırlar. İslam nədir?

İslam təslim olmadı, yəni bütün peyğəmbərlər, inananlar Allaha təslim olurlar.

İvan Poroxov deyir ki, bütün Avropada ziyalı insanlar Quran oxuyurlar. Gəlin deyək ki, Avropada bütün insanlar Quran oxuyurlar və Məhəmməd Peyğəmbərə (səs) inanırlar. Onlar oxuyub görürlər ki, Quranda yazılıb ki, Rəsulum, de ki, sənə gələn səndən öncə gələnlərdən başqa bir şey deyildir yazılıb. Biz bəşəri etiraf verilişində də, çəkdiyimiz filmlərdə (insan filmi) bildiririk ki, etiraf edin bir Allah var, bir din, bir millət var. Yəhudi və xristianlar da Quranı oxuyurlar və inanırlar ki, sonuncu Peyğəmbər Məhəmməd peyğəmbərdir. Çünki, sonuncu Peyğəmbərin adı İncildə də yazılıb, digər səmavi kitablarda da bildirilir. Allahı təbliğ etməliyik. Biz təbliğ olunandan danışmalıyıq və şükr etməliyik Allahın böyüklüyünə.

Hacı İlham:

“Quranın ən qüdrətli surəsi “Əl-bəqara” surəsidir, 286 ayədir. Ən böyük surədir və o surə ona görə ən qüdrətlidir ki, Ayətül kürsü o surənin içindədir”.

Hacı Əlikram:

“İsveç kralı bir nəfərin dəfnində iştirak edirmiş və çıxış edərkən yazılı kağızı itirir və qonaqlara deyir: gəlin mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad edək və o vaxtdan o adət hər tərəfə yayılıb”.

Əslində dəfn olunan insanın ruhuna “Yasin” oxunmalıdır, – deyən Seyid Məhəmməd Mürsəloğlu onu da bildirdi ki, “Fatihə” surəsi, “İxlas” surəsi də tam, dəqiq oxunmalıdır. İndi çox yerdə dəbdəbəli ehsan süfrəsi açırlar, əslində çay özü ehsandır, eləcə də halva.

Məhəmməd Mürsəloğlunun sualı da maraqlıdır. Bir nəfərdən söhbət edərkən çox vaxt deyirik ki, səndən yaxşı olmasın, o kişi də çox insan adam idi. Allah rəhmət eləsin.

Səndən yaxşı olmasın – sözünün əvəzinə olmaz deyək ki, o insan da sənin kimi yaxşı adamdır. Sənin kimi xeyirxah və layiqli adamdır. “Səndən yaxşı olmasın” sözünü sənin kimi yaxşı adamdır sözüylə əvəz etsək daha yaxşı və mükəmməl səslənər.

Bir qoyun oğrusunu polislər tutur. Polis rəisi Hidayət İlyasov həmin adam kabinetinə çağırtdırır və deyir:

– Denən sən öl, bu işdən mənim xəbərim yoxdur. Oğru isə mərd adam olur, deyir ki, dünya aləm sənə qurban, sənə niyə sən öl deyirəm. Polis rəisinə hər şey aydın olur və bir çətən millətini dolandıran o adamı həbsdən azad edib, onu işlə təmin edir.

Biri-birinə sən öl, bu belədir deyir. Sən öl sözünü adiləşdirmək olmaz. Dürüst adam heç vaxt and içməz.

Hər bir mübahisənin axırı davadır. Çalışıb əsəblərinizi qoruyun. Əsəb nəinki insanı qocaldır, eyni zamanda bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əsəbiləşib siqaret çəkən insan ömrünü daha da gödəldir və nə edirsə, özünə edir. Zərərli vərdişlərdən, spirtli içkilərdən uzaq olmalıyıq. Dinimiz də bunu deyir, həqiqi həkimlərimiz, dərman mafiyaları müqəddəs kitablarımıza inansalar, bütün xəstəliklərin dərmanlarını satışa sərbəst buraxarlar, xəstəliklər azalar. Çalışın özünüzü qoruyun.

Bəzi sözlərə düzəliş və açıqlamalarRauf İlyasoğlu

 

 


Video

 

854 Bu gün, 23:23

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png