ONN İnformasiya Agentliyi

Bəy və gəlin bayraqlarla qarşılandı – VİDEO

Bəy və gəlin bayraqlarla qarşılandı  – VİDEO
09 Noyabr 2017 - 22:02
Bu gün Şəkidə maraqlı toy keçirilib. Toy günü 9 noyabr – dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıblar. Bu hadisə sakinlərin də marağına səbəb olub.
ONN media bildirir ki, görüntülər Şəkinin Kiş kəndindəndir. Ruslan Məhərrəmov və Rəvanə Məhərrəmova cütlüyünün toy mərasimi bu günə, yəni 9 noyabr Dövlət bayrağı gününə təsadüf etdiyindən bəy və gəlin bayraqlarla qarşılanıb.
Yenicə ailə quran gənclərin arzusu tezliklə Qarabağın işğaldan azad edilməsi və bayrağımızın ölkəmizin hər yerində dalğalanması oldu.
Kənd sakinləri də gənclərin bu şad günlərində onlara ən xoş arzularını çatdırdılar.
Sakinlərin dediklərinə görə, kənddə ilk dəfədir belə toy mərasimi keçirilib. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda maraqlı toy

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png