ONN İnformasiya Agentliyi

Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar — AÇIQLAMA

Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar — AÇIQLAMA
31 Yanvar 2018 - 14:56

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.

ONN media-nın Modern.az-a istinadən məlumatına görə, bu sözləri  Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.
  
Elmira Axundova bildirib ki, həftədə 1 və ya 2 dəfə Komissiyasının iclası  keçiriləcək.
 
“Hələ ki, başqa kateqoriyadan olan cinayət törədən şəxslərin işinə baxılır. Ömürlük məhbuslarla bağlı məsələyə isə həmişə ən sonda baxılır. Həmişə ömürlük məhbuslar da əfv sərəncamından yararlanıblar. Bu dəfə də olacaq”.
 
Qeyd edək ki, bu il Novruz bayarmı öncəsi ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png