ONN İnformasiya Agentliyi

“Bakı böyüdükcə Azərbaycan kiçilir”- FAZİL MUSTAFA

“Bakı böyüdükcə Azərbaycan kiçilir”- FAZİL MUSTAFA
21 Noyabr 2017 - 14:58
“Türkiyədə iqtisadçıların, İstanbul haqqında belə bir deyimi var, İstanbul böyüdükcə Türkiyə kiçilir. Bu fikri Bakı haqqında da işlətmək olar. Bakı böyüdükcə Azərbaycan kiçilir”.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa büdcə müzakirələrində çıxışı zamanı deyib.
O qeyd edib ki, bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu  yükdən azad etmək lazımdır.
Deputat hökumət üzvlərini Bakı ətrafındakı qəsəbələrə bir nəzər salmağı təklif edib. Bildirib ki, Bakı ətrafında dəhşətli bir gecəqondu strukturu yaranıb: “Bu, dəhşətdir. Bakıətrafı qəsəbələrdəki mənzərə şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür”.
Deputat təklif edib ki, heç olmasa vətəndaşlar bu gecəqondularını özəlləşdirsin və bundan dövlətə gəlir gəlsin.
F.Mustafa qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: “Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Kənd Təsərrüfatı Universitetinin modern yataqxana kompleksi var, Bakıda bir çox  universitetlərin heç belə yataqxana kompleksi yoxdur”.
F.Mustafa əlavə edib ki, biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təqaüdünü azaldırıq: “Onların yataqxana problemini həll etməmişik”.
Deputat həmçinin, xəstəxanaların özəlləşdirilməsi məsələsinə də  toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png