ONN İnformasiya Agentliyi

Bakı Limanında sanitar nəzarət gücləndirildi

Bakı Limanında sanitar nəzarət gücləndirildi
29 Yanvar 2020 - 21:02

“Koronavirus – 2019-nkov” virusunun Çində yayılması ilə əlaqədar Bakı Limanında sanitar nəzarət gücləndirilib.

Limandan Axar.az-a bildirilib ki, sərnişinlərin və yüklərin daxilolma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir.

Əlavə olaraq liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png