ONN İnformasiya Agentliyi

Bakı metrosunda dəhşətli hadisə baş verib

Bakı metrosunda dəhşətli hadisə baş verib
31 Mart 2023 - 18:18

“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

ONN media xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.

Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

Bu barədə sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb:

“Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png