ONN İnformasiya Agentliyi

Bakı metrosunda nə baş verir?

Bakı metrosunda nə baş verir?
19 Avqust 2019 - 14:34

Bakı metrosunda qatarların intervalında fasilə yaranıb.

Bu barədə ONN media-ya açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, fasilə “İçərişəhər” stansiyasında qeydə alınıb: “Səhər saatlarında “İçərişəhər” stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib. Onun qərarına əsasən qatar xətdə saxlanılıb. Bu səbəbdən bütün xətt boyu 10 dəqiqəlik gecikmə qeydə alınıb”.

B.Məmmədov bildirib ki, hazırda hər iki xətt üzrə interval bərpa olunub və qatarlar normal hərəkətini davam etdirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png