ONN İnformasiya Agentliyi

Bakı metrosunda uşaqlara hədiyyələr paylandı- VİDEO

Bakı metrosunda uşaqlara hədiyyələr paylandı- VİDEO
30 Dekabr 2017 - 20:28

Şaxta Baba bu dəfə qatara mindi, stansiya-stansiya gəzərək balaca nəvələrinə hədiyyələr payladı.

ONN media xezerxeber.az-a istinadən bildirir ki, ötən il olduğu kimi, Bakı Metropoliteni stansiyalarda növbəti dəfə bayram əhvalı yaşadıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə müxtəlif hədiyyələr, oyuncaqlar təqdim edib.
Şaxta Baba və Qar qız obrazlarında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva olublar. Şaxta baba və Qar qız metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.
Nəsimi Paşayevin sözlərinə görə, bilərəkdən Yeni il obrazlarına metropoliten işçiləri seçiliblər. Məqsəd stansiyaları gəzərkən sərnişinlərin irad və təkliflərini dinləməkdir.Vaqonlarda Şaxta baba və Qar qızı görən balacalar isə əməlli-başlı təəccübləniblər. Bəzi valideynlər isə metropolitenin ənənə halını alan bu aksiyasından xəbərdar olduqları üçün uşaqları ilə gəlmişdilər.
Keçirilən sosial aksiya metro sərnişinləri tərəfindən sevinc və maraqla qarşılanıb. Bəzi vətəndaşlar isə Şaxta baba və Qar qızla şəkil çəkdirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png