ONN İnformasiya Agentliyi

Bakı metrosunda YENİLİK

Bakı metrosunda YENİLİK
04 Aprel 2018 - 16:17

Bakı metrosuna gətiriləcək yeni qatarlarda mobil telefonları enerji ilə doldurmaq mümkün olacaq.

ONN media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hər bir vaqonda mobil telefon və planşetləri enerji ilə doldurmaq üçün xüsusi yerlər olacaq: "Təsəvvür eləyirsiniz, hər vaqonda, qatarda yox ha, hər bir vaqonda 16 ədəd USB portu var. Orada telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Bundan sonra vaqona minən kimi "qaqaş, bu telefonu tax da ora" söhbəti başlayacaq. Təbii ki, ən qısa müddətdə qırmasaq…"

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti arasında "81-765/766" modelli beşvaqonlu qatarların Bakıya tədarükü ilə bağlı müqavilə imzalanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png