ONN MEDİA

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirildi

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirildi
19 İyun 2019 - 15:23

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub.

ONN media xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi, dəyəri 10,2 milyon manat olan investisiya proqramı icra etməyi, müəssisənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna olan 1,9 milyon manat borcunu, əmək haqqı və ona bərabər tutulan 115 min manat borcunu ödəməyi və digər sosial-iqtisadi öhdəlikləri yerinə yetirməyi üzərinə götürüb.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən, investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP