Bakı səmasında qırıcı təyyarələrin növbəti uçuşu

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir.

ONN media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sınaq uçuşları Dənizkənarı bulvar ərazisində həyata keçirilir.

Uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.

Qeyd edək ki, 26 – 29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.