Bakı-Sumqayıt qatarına əlavə heyət qoşuldu

Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan isə saat 07:45-də yola düşən 6006 nömrəli elektrik qatarlarına əlavə heyət qoşulub.
Azərbaycan Dəmir Yolları QSC-dən ONN media-ya verilən məlumata görə, bununla da noyabrın 24-nə qədər elektrik qatarları birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək.