ONN İnformasiya Agentliyi

Bakı-Tibilisi-Qars dəmir yolunda ilk qatarın sərnişinləri jurnalistlər olacaq – RƏSMİ

Bakı-Tibilisi-Qars dəmir yolunda ilk qatarın sərnişinləri jurnalistlər olacaq – RƏSMİ
20 Dekabr 2017 - 13:44

Bakı-Tibilisi-Qars dəmir yolu qatarının ilk sərnişinləri jurnalistlər olacaq.

ONNmedia xəbər verir ki, bu barədə Modern.az-a  açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova sərnişinlərin daşınacağı vaxtın hələlik dəqiqləşmədiyini bildirib:

“Hələlik vaxt bilinmir. Amma dəqiq bilinən odur ki, ilk sərnişinlərimiz jurnalistlər olacaq. Cənab sədr Cavid Qurbanov da müzakirələrimiz zamanı bu fikrə müsbət rəy verib”.

Qeyd edək ki, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai Televiziyasına müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacağını açıqlamışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png