ONN İnformasiya Agentliyi

Bakıda 5 prokurorluq işçisi vəzifədən azad edilib

Bakıda 5 prokurorluq işçisi vəzifədən azad edilib
24 Yanvar 2018 - 20:46

Bakıda 2017-ci ildə cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb.

ONN media xəbər verir ki, Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png