ONN İnformasiya Agentliyi

Bakıda “Ailə festivalı” keçiriləcək

Bakıda “Ailə festivalı” keçiriləcək
13 May 2022 - 12:53

16 may saat 14:00-dan 18:00-dək Bakı şəhəri, Xətai rayonu, Gənclik parkında “Ailə festivalı” keçiriləcək. 

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Beynəlxalq Ailələr Gününə həsr olunmuş bir günlük festivalın əsas məqsədi məsuliyyətli atalıq təcrübələrini təbliğ etməklə qız övladının dəyərini, kişilərin uşağa baxmağa cəlb edilməsini və ailədə birgə qayğı modelini təbliğ etməkdir. Festivalda nəzərdə tutulmuş fəaliyyətlərin əksəriyyəti gender bərabərsizliyi ilə bağlı əsas stereotipləri aradan qaldırmağa yönəlib. Bundan əlavə, fəaliyyətlərin əksəriyyəti atalar və qızlar arasında münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.

Festivala regionlardan və Bakı şəhərindən ailələr cəlb ediləcək. 

Rəsmi hissədə BMT-nin Əhali Fondunun və Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, RİİB və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyi, ƏƏSMN nümayəndələri layihə və festivalın məqsədləri haqqında danışacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png