ONN İnformasiya Agentliyi

Bakıda alternativ teleqüllə quruldu

Bakıda alternativ teleqüllə quruldu
26 Dekabr 2017 - 15:53

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib.

ONN media xəbər verir ki, alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktik işlər aparılarkən işə salınacaq.

Əvvəlcə alternativ teleqüllə vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndirilib. Qüllənin hündürlüyü 140 metrdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png