ONN İnformasiya Agentliyi

Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir

Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir
31 Mart 2023 - 16:36

Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

ONN media xəbər verir ki, bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır. Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə – “Azadlıq prospekti” metro stansiyası – Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) – “Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png