ONN İnformasiya Agentliyi

Bakıda bu küçələrdən tramvay xətti keçəcək

Bakıda bu küçələrdən tramvay xətti keçəcək
17 Yanvar 2024 - 21:55

Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb.

ONN media xəbər verir ki, təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.

Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilməlidir.

Daha bir xətt Xətai prospektindən Tofiq Bəhramov adına stadiona və metronun “Gənclik” stansiyasına, ardınca Atatürk prospekti ilə metronun “Azadlıq prospekti” stansiyasına qədər çəkilməlidir.

Ən uzun xətlərdən biri metronun “Dərnəgül” stansiyasından Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərindən, NZS qəsəbəsi və Bakının Ağ Şəhər ərazisindən keçərək metronun “28 May” stansiyasına qədər olandır.

Qeyd edək ki, Bakıda tramvay xətlərinin çəkilməsinin konkret tarixləri və marşrutları məsələsi hələ dövlət səviyyəsində dəqiqləşdirilməyib, bununla bağlı müxtəlif müzakirələr aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png