ONN İnformasiya Agentliyi

Bakıda bu market pulsuz ərzaq paylayır

Bakıda bu market pulsuz ərzaq paylayır
07 Aprel 2020 - 14:57

Qrandmart MMC koronavirusla əlaqədar işsiz qalan vətəndaşlara yardım məqsədi ilə yeni kampaniyaya başlayıb.

ONN media xəbər verir ki, bu barədə Qrandmart MMC mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım deyib. O bildirib ki, MMC-nin tərkibində fəaliyyət göstərən “Qrandmart” mağazası yardım kampaniyasına “Ehtiyacınız varsa, götürün, imkanınız varsa, əlavə edin” şüarı ilə start verib:

“Hazırda yardım kampaniyası paytaxtın Nizami küçəsi 129 ünvanında yerləşən “Qrandmart” mağazasında başlayıb. Yardım çərçivəsində ilk əlavəni mağaza rəhbərliyi edib. Bu kampaniya yaxın günlərdə bütün “Qramdmart” mağazalarında tətbiq olunacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Qrandmart MMC tərkibindəki bütün marketlərdə – “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” – ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png