ONN İnformasiya Agentliyi

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi
19 Yanvar 2018 - 11:55

134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxeminin Goradil (Fatmayı) bağları – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə, "Dəniz market"ə qədər) 76% (29.68 km) üst-üstə düşməsidir.

Eyni səbəbdən 155 nömrəli marşrut xətti isə tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.

21.01.2018 tarixindən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png