Bakıda dəhşət: maşın piyadanı vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, “Hyundai” markalı avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Həsənli Nihad Taleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisəni törədən sürücünün ərazidən qaçdığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.