ONN İnformasiya Agentliyi

Bakıda daha bir ərazidə metro üçün böyük TƏHLÜKƏ VAR

Bakıda daha bir ərazidə metro üçün böyük TƏHLÜKƏ VAR
09 Dekabr 2019 - 17:31

Bakıda “Həzi Aslanov” stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı ilə bağlı iddialar yayılmışdı. “Bakı Metropoliteni” QSC məsələyə aydınlıq gətirərək açıqlayıb ki, “Həzi Aslanov” stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub.

ONN media xəbər verir ki, hazırda “Həzi Aslanov” stansiyasından əlavə başqa bir ərazi də var ki, orada tədbirlərin görülməsinə ehtiyac var. Söhbət Qara Qarayev prospektindəki metro yolunun keçdiyi ərazidən gedir.Ekspert Nüsrət İbrahimli açıqlamasında bildirib ki, əvvəllər həmin ərazidə ağaclıq olsa da, hazırda obyektlər yerləşir:”Qara Qarayev prospektində Məhəmməd Hadidən yol boyu metro xətti keçir. Vaxtilə oralar hamısı ağaclıq idi. Sonradan onların hamısını təmizlədilər və obyektlər tikdilər. Həmin o metro xəttinin üstündə. Hesab edirəm ki, onlar hamısı təhlükə mənbəyidir.Ümumiyyətlə bütün metro stansiyaların yerləşdiyi ərazilər və xüsusi təhlükəli zonaların ətrafı invertallaşdırılmalı, dəqiqləşdirilməli və araşdırılmalıdır. Həqiqətən orda təhlükə mənbəyi varsa, onun haqqında tədbir görülməlidir.”Həzi Aslanov” stansiyasına gəldikdə isə onu deyə bilərəm ki, orada həddindən artıq sıx tikililər var. Mövcud normaları bir neçə dəfə üstələyir. Bu özü də təhlükə mənbəyidir. Yanğın və ya hər hansı forsmajor hadisə baş verdikdə orda insan tələfatı qaçılmazdır”. (baku.ws)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png