ONN İnformasiya Agentliyi

Bakıda elektrik qatarları bərpa oluna bilər

Bakıda elektrik qatarları bərpa oluna bilər
06 Dekabr 2017 - 18:54

Bakıətrafı qəsəbələrə elektrik qatarlarının bərpa edilməsi istiqamətində işlər aparılır. 

ONN media Trend-ə istinadən xəbər verir ki, Abşeron və şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarının reysləri bərpa olunur. Məlumat verən mənbənin sözlərinə görə, elektrik qatarlarının reysləri köhnəlmişdi:

"Həmin reyslər dəyişdirilir, bərpa olunur. Dəqiq vaxt söyləmək mümkün olmasa da, yaxın gələcəkdə eletrik qatarlarının işə düşməsi gözlənilir".

Qeyd edək ki, Milli Məclisin noyabrın 22-də keçirilən iclasında deputat Çingiz Qənizadə Bakıda tıxacların aradan qaldırılması üçün elektrik qatarlarının bərpa edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq. Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png