ONN İnformasiya Agentliyi

Bakıda ermənipərəst müəllim işdən qovuldu – FOTO

Bakıda ermənipərəst müəllim işdən qovuldu – FOTO
27 Dekabr 2017 - 16:54

Azərbaycanla Ermənistan arasında sülh tərəfdarı olan və bunu dərs dediyi uşaqlar arasında təbliğ edərək iki ölkənin dost olmasını istəyən 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov işdən azad edilib.

Bu barədə Axar.az-a bir müddətdir Ermənistanla Azərbaycan arasında dostluq və sülh tərəfdarı kimi xüsusi videolar hazırlamaqla gündəmə gələn R.Əzizov özü deyib. O bildirib ki, işdən çıxarılması ilə əlaqədar məktəbə pedoqoji şura çağırılmasını xahiş edib. Lakin onun xahişi nəzərə alınmayıb.

Qeyd edək ki, onun son addımı – azərbaycanlı şagirdə erməni milli paltarı geyindirərək, Bakıdakı erməni kilsəsinin önündən foto paylaşması sosial şəbəkədə ciddi etiraza səbəb olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png