ONN İnformasiya Agentliyi

Bakıda məşhur bazar bağlanır

Bakıda məşhur bazar bağlanır
02 Fevral 2018 - 17:07

ONN media xəbər verir ki Qafqazinfoya verilən məlumata görə"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə "Qafqazinfo"ya məlumatı bazar rəhbərliyi və satıcılar veriblər. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: "Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda işimizi müxtəlif bazarlarda davam etdirəcəyik".

Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib: "Hazırda bazarda hər hansı təmir işi getmir. İşlərin başlanması aprel ayından etibarən nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb-qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png