ONN İnformasiya Agentliyi

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb
10 Yanvar 2024 - 11:55

Bakıda “Şaurma 1” restoranında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən “Şaurma 1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Şaurma 1” restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png