Bakıda ticarət mərkəzində oğurluq edən qadınlar kameraya düşdülər – VİDEO

Bakıda böyük ticarət mərkəzində yerləşən mağazalardan birində maraqlı oğurluq hadisəsi qeydə alınıb.
ONN media-nın Xəzər TV-yə istinadən məlumatına görə, dükana girən qadın müştəri uşaq paltosunu asılqanla birlikdə köynəyinin altına salaraq aradan çıxıb.
Hadisə uşaq paltarlarının satıldığı dükanda qeydə alınıb. Mağazaya girən, qucaqlarında uşaq olan iki qadın, 150 manat dəyərində olan paltonu oğurladıqdan sonra ətrafa göz gəzdirərək onları görənin olmadığına əmin olub dükanı tərk ediblər.
Bu görüntülər təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Mağaza rəhbərliyi polisə müraciət edib.
Hazırda polis mağazadan oğurluq edən şəxsləri axtarır.
S.B.