ONN İnformasiya Agentliyi

Bakıda tütünçəkməyə etiraz aksiyası keçiriləcək – Fleşmob

Bakıda tütünçəkməyə etiraz aksiyası keçiriləcək – Fleşmob
05 Mart 2019 - 16:53

Tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə 5 mart 2019-cu il saat 17.00-18.00-da Fəvvarələr meydanında növbəti aksiya keçiriləcək.

İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Metbuat.az-a verilən məlumata görə, “Həyatınızı külə yox, gülə çevirin!” adlı aksiya tütünçəkmə əleyhinə və Azərbaycan Tibb Universitetinin tələbələrinin müşayiəti ilə (tələbələrin ifasında tütün əleyhinə fləşmob) olacaq. Aksiya çərçivəsində, İSİM və ATU könüllülərinin sakinlərə əlində gül ilə yaxınlaşaraq tütünçəkmənin zərərlərini izah etməsi və “Həyatınızı külə yox, gülə çevirin!” tövsiyəsi ilə onlara çiçək bağışlaması, eyni zamanda əhaliyə İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materiallarının paylanılması nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png