ONN İnformasiya Agentliyi

Bakıda yeni çəkilmiş piyada zolağını yağış yudu – Şikayət

Bakıda yeni çəkilmiş piyada zolağını yağış yudu – Şikayət
07 Aprel 2023 - 18:39

Bakının Yasamal rayonu 286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağını yağış yuyub. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır.

ONN media xəbər verir ki, bu barədə daxil olan şikayət məktubunda bildirlib.

“Məktəbin yanında olan piyada keçidi lövhələri, sürət göstərən lövhə bərbad gündə idi və piyada keçid zolağı isə silinib getmişdi. BNA-ya müraciət edəndən sonra gəlib yerə zolaq çəkdilər, lövhələri söküb apardılar ki, yenisini gətirib yerləşdirsinlər. Zolağı 5 gündən sonra yenidən yağış yuyub apardı. Məktəbdə 2 mindən çox şagird təhsil alır. Məktəbə doğru keçid olan yolda avtomobillər istədikləri sürətlə sağa-sola şütüyürlər. 211 saylı avtobusun piyada zolağı olan yerdə hərəkətləri isə bir başqa problemdir. Qanunvericiliklə məktəblərin yanında sürət həddi 30-dur, amma bu ərazidə müvafiq lövhə yoxdur. Gərək kimisə maşın vursun, xoşagəlməz hadisə baş versin ki, Bakı Nəqliyyat Agentliyi məsələni həll etsin?!”, – məktubda qeyd olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png