ONN İnformasiya Agentliyi

Bakıdan İstanbula gedən təyyarə təcili eniş etdi

Bakıdan İstanbula gedən təyyarə təcili eniş etdi
05 Fevral 2023 - 21:06

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub.

“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, “Buta Airways”in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png